İndzaqi Səudiyyə Ərəbistanında bu qədər qazanacaq
Simone İndzaqi Səudiyyə Ərəbistanında “İnter”dən daha çox qazanacaq.
İtaliyalı mütəxəssis iyunun 3-də “İnter”in baş məşqçi postunu tərk edib və onun “Əl-Hilal”ın başına keçəcəyi ilə bağlı məlumat vermişdik.
Aut.az xəbər verir ki, İnsayder Nikolo Şiranın sözlərinə görə, İndzaqi ildə 25 milyon avro və bonuslar alacaq. Müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
Simonenin “Əl-Hilal”ın baş məşqçisi kimi ilk oyunu Klublararası Dünya Çempionatında “Real”a qarşı matç ola bilər.
Aut.az
