İspaniya

“Real”ın əfsanəsi həyat yoldaşından xəbər aldı: Ağır xəstəlik…

“Real”ın əfsanəvi futbolçularından biri olan Qutinin həyat yoldaşından şad xəbər alıb.

Aut.az xəbər verir ki, xanımı Romina Belluskio gənə dişləməsi nəticəsində yaranan laym xəstəliyi ilə uzun müddət apardığı mübarizədən qalib ayrılıb.  O, bu barədə “İnstaqram” səhifəsində paylaşım edib:

“Bakteriyalar ilk mərhələdə mənə çox aqressiv hücum etdi. Mənim simptomlarım həddindən artıq yorğunluq, qısamüddətli yaddaş itkisi, konsentrasiyada çətinlik, narahatlıq, yuxusuzluq, miqren, oynaq ağrıları, əzələ zəifliyi və müxtəlif qida allergiyaları idi. Hər şey çox fərqli idi və məni dəli etdi.

Səhhətim daha da pisləşdi və bakteriyalar beynimi, ürəyimi və mədəmi basdı. İmmunitet sistemim sıfır səviyyəsinə düşdü. Bir sıra əlavə xəstəliklər yaratdı. Bəzən şiddətli ağrıdan bir neçə gün yataqdan qalxa bilmirdim”.

Qeyd edək ki, bu, 1996-2010-cu illərdə “Real”da çıxış etmiş Qutinin ikinci evliliyidir. Sabiq madridista 2016-cı ildə telejurnalist olan Romina ilə ailə həyatı qurub. Cütülüyün Enzo və Romeo adlı iki oğul var.

Aut.az