İspaniya

ŞOK İDDİA: “Real” və “Atletiko” ulduzlarını dəyişəcək?

“Atletiko” “Real”ın braziliyalı vingeri Rodrigo ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “hindular”ın baş məşqçisi Dieqo Simeone hücumun mərkəzində 24 yaşlı futbolçusu ilə “İnter”in argentinalı forvardı Lautaro Martinesdən ibarət duet qurmaq istəyir. O, bunun üçün komandanın ulduzu Xulian Alvarezdən imtina etməyə hazırdır.

“Real”ın Alvarezlə maraqlandığı, Rodrigonun isə hər hansı yolla kral klubunu tərk etmək istədiyi bildirilir. Bu səbəbdən prinsipial rəqiblər arasında oyunçu mübadiləsi variantı istisna edilmir.

Qeyd edək ki, Rodrigo 2024/25 mövsümündə klub səviyyəsində 50 oyuna çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Xulian Alvarezin isə bu mövsüm 54 oyunda 29 qolu və 7 assisti var.

Aut.az