“Real” ondan narazıdır: iki dəfə ucuz qiymətə satacaqlar
“Real” bu mövsüm Rodriqonun qeyri-sabit çıxışından narazıdır və potensial alıcılar üçün tələb olunan qiyməti aşağı salmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
“Kral klubu” braziliyalını 50 milyon avroya buraxmağa hazırdır.
24 yaşlı hücumçu bu mövsüm Xabi Alonsonun rəhbərliyi altında mövcud dəqiqələrinin cəmi 25%-ni keçirib.
“Arsenal” daha əvvəl Rodriqonun transferi üçün əsas namizəd hesab olunurdu. Amma “Real” 100 milyon avro tələb etdiyi üçün geri çəkilməli oldular.
Aut.az
