İspaniya

“Hindular”ın tarixi səfəri

“Atletiko” La Liqanın 3-cü turunun son matçında “Rayo Valyekano”ya 7 cavabsız qolla qalib gəlib.

Aut.az xəbər verir ki, bu, Madrid klubunun İspaniya çempionatları tarixində ən böyük səfər qələbəsidir. Buna qədər klub iki dəfə səfər matçlarında 7 və daha çox qol vurub Ancaq hər iki halda hesab arasındakı fərq bu qədər böyük olmayıb. “Hindular” 1922-ci ildə “Espanyol”u 8:3, 26 il sonra isə “Sportinq Xixon”u 7:2 hesabları ilə məğlub edib.

21-ci əsrdə isə “Atletiko” cəmi ikinci dəfə La Liqanın bir oyununda yeddi qol vura bilib. Komanda 2013-cü ildə evdə “Xetafe”ni doğma meydanda 7:0 hesabı ilə məğlub etməyi bacarıb.