İngiltərə

Camalı və qardaşını belə döydülər – VİDEO

“Nyukasl”ın kapitanı Camal Lasselles şəhərin mərkəzində küçə davasının iştirakçısı olub.

Aut.az xəbər verir ki, hadisə avqustun 20-nə keçən gecə, “Mançester Siti” ilə oyundan (0:1) sonra futbolçunun kiçik qardaşı və dostu ilə istirahət etdiyi gecə klubunun çıxışında baş verib.

“Daily Mail” yazır ki, Camal altı və ya səkkiz nəfərin əhatəsində olan qardaşının müdafiəsinə qalxıb.

Lasellesi döyüblər, ona tərəf atılan araq butulkası isə az qalıb ki, başına dəyib. Qardaşı sifət nahiyəsindən vurulub qanaxma olub. Dostu isə başından vurulandan sonra huşunu itirib.

Qeyd olunur ki, Lasseles özünümüdafiə məqsədilə hərəkət edib. Şahidlər iddia edir ki, 29 yaşlı futbolçuya hücum edən şəxslər futbolçunu və onun 19 yaşlı qardaşını güllələməklə hədələyiblər.

Polis gələnə qədər xuliqanlar hadisə yerini tərk ediblər.  Lasselsin dostu xəstəxanaya yerləşdirilib. Polis davanın hansı şəraitdə baş verdiyini araşdırır.

“Nyukasl” insidentdən xəbərdardır və məsələnin klub daxilində həll olunacağını bildirib.