“Qalatasaray”ı “yersiz transfer”dən ərəblər xilas edəcək?
Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Aut.az xəbər verir ki, 37 yaşlı ispaniyalı müdafiəçi “Əl-İttihad”la danışıqlara başlayıb. Tərəflər müqavilənin müddətində razılaşa bilmir. Ərəblər 2 illik müqavilə təklif edib. Ramos isə 3 illik anlaşma istəyir.
Ramosun xidmətində Avropadan yalnız “Qalatasaray” maraqlıdır. İstanbul təmsilçisi ispaniyalı futbolçuya ərəblər kimi yüksək məvacib təklif edə bilmir. Türkiyəyə təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq danışıqlarda üstünlük əldə etmək istəyir. Çünki Serxio Avropanın bir nömrəli klub turnirində oynamaqda maraqlıdır.
Qeyd edək ki, bu yay PSJ ilə müqaviləsi başa çatan Ramos azad agent statusuna malikdir.

