“Qızıl buts” uğrunda mübarizədə norveçli liderdir: Haaland deyil
Avropa ölkələrində futbol çempionatları davam edir.
Aut.az xəbər verir ki, mövsümün bombardirlərin in yarışında siyahı yenilənib.
Hazırda “Qızıl buts” uğrunda mübarizədə Norveç “Bodo-Qlimt”ində 22 qol vuran (33 xal) norveçli hücumçu Amal Pelleqrin liderdir.
Düzdür, Norveç çempionatı yaz-payız sistemi ilə keçirildiyi üçün finişə yaxınlaşır (6 tur qalıb).
Norveçli forvard Erlinq Haaland (keçən mövsüm “Qızıl buts”un qalibi) Premyer Liqada 8 qol vurub və reytinqə görə 16 xal toplayıb (siyahıda 15-18-ci yerləri bölüşdürür). “Bavariya”dan ingilis Harri Keyn də eyni göstəriciyə malikdir (8 qol, 16 xal).
PSJ-nin lideri Kilian Mbappe vurduğu 7 qolla reytinqdə 22-25-ci mövqeləri bölüşür.
“Qızıl buts” mükafatı ölkə çempionatlarının sonunda mövsümün bombardirinə verilir. Yarışın qaydalarına əsasən, Avropanın ən yaxşı 5 liqasında (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) vurulan qollar 2-yə vurulur. UEFA reytinqində 6-21-ci yerləri tutan ölkələr üçün əmsal 1,5 olaraq müəyyən edilib. Amma qalan liqalarda vurulan qollar nominal qiymətlə hesablanır.

Aut.az
