İngiltərə

“Liverpul” Jota və qardaşının xatirəsinə abidə ucaltdı – FOTO

“Liverpul” Dioqo Jota və qardaşı Andre Silvanın ölümünün birinci ildönümü abidə ucaldıb. Qardaşlar 3 iyul 2025-ci ildə avtomobil qəzasında həlak olublar.

Aut.az xəbər verir ki, ürək formalı heykəl “Əbədi 20” adlanır (“Liverpul” 20 rəqəmini Dioqonun xatirəsinə əbədiləşdirib). O, əvvəllər azarkeşlər tərəfindən yaradılan kortəbii bir abidənin yerləşdiyi Enfildin 97-ci prospektində ucaldılıb.

Postament Portuqaliyanın qranbi qayasından hazırlanıb və hər iki qardaşa lazerlə həkk olunmuş ithafdan ibarətdir. Kompozisiyanın ayrı-ayrı elementləri Dioqonun futboldan kənar şəxsi həyatını əks etdirir.

Klub rəsmi saytında yazıb: “Əbədi 20, sevgi, birlik və xatirənin əbədi simvolu, eləcə də hər kəsin düşünəcəyi, xatırlayacağı və hörmətini bildirəcəyi bir məkan olacaq”.

Aut.az