İngiltərə

“Siti” “Liverpul”la oyunda 86 il əvvəlki nəticəni təkrarlaya biləcək?

Noyabrın 25-də İngiltərə Premyer Liqasının 13-cü turunda  “Mançester Siti” “Liverpul”u qəbul edəcək.

“Mançester Siti” 28 xalla Premyer Liqa turnir cədvəlinə başçılıq edir , “Liverpul” isə 1 xal geridə qalır və ikinci pillədə qərarlaşıb.

Aut.z xəbər verir ki, əgər “şəhərlilər” bu qarşılaşmada uğurlu olarsa, 86 il əvvəlki nailiyyətlərini təkrarlaya bilərlər. Sonuncu dəfə “Mançester Siti” İngiltərə çempionatında “Liverpul”u ardıcıl iki dəfə 1937-ci ildə məğlub edib.

Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Premyer Liqadakı rəqiblər arasında 2023-cü il aprelin 1-də baş tutan sonuncu oyun 4:1 hesabı ilə Pep Qvardiolanın komandasının xeyrinə başa çatıb.

Aut.az