Premyer Liqada belə futbolçu olmamışdı: Unikal nəticə
Yarımmüdafiəçi Ceyms Milner Premyer Liqanın 1-ci turunda “Everton”la oyunda “Brayton”un start heyətində yer alıb.
Aut.az xəbər verir ki, 2024/25 mövsümü Milner üçün Premyer Liqada 23-cü olub. Bunun sayəsində 38 yaşlı Milner liqanın rekordçusu olub. Ondan əvvəl heç kim 22 mövsümdən artıq oynamayıb (bu nəticə Rayan Giqqizə məxsusdur).
Milner 2002-ci ildə Premyer Liqada debüt edəndə hazırda “Brayton”un baş məşqçisi olan 31 yaşlı Fabian Hurtzeler 9 yaşında idi.
Aut.az
