İngiltərə

62 milyona almışdılar, “qara siyahı”ya düşdü

“Çelsi” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.

Aut.az xəbər verir ki, London klubunun rəhbərliyi müdafiəçi Mark Kukurellanın oyunundan narazıdır. Premyer Liqa təmsilçisi bir il əvvəl “Brayton”dan 62 milyon funt-sterlinqə transfer etdiyi ispaniyalını satılacaqlar siyahısına daxil edib.

24 yaşlı futbolçunun Madrid “Atletiko”sunun və Səudiyyə ərəbistanı klublarının diqqət mərkəzində olduğu bildirilir.

Komandadan ayrılmağı düşünmədiyini açıqlayan Mark isə yeni baş məşqçi Mauricio Pochettinonun diqqətini cəlb edəcəyinə inanır. “Zadəganlar”ın yeni mövsümkü heyətində yer almağı hədəfləyən ispan bu məqsədlə də intensiv məşqlərə davam edir.