İspaniya

100 milyonluq futbolçu görün hansı klubu seçdi

“Atletiko”nun hücumçusu Joao Feliks oynamaq istədiyi komandanın adı məlum olbu.

Aut. az xəbər verir ki, 23 yaşlı forvard PSJ-yə keçmək istəyir. Portuqaliya millisinin də şərəfini qoruyan Feliksin nümayəndələri fransızlarla danışıqlara başlayıblar.

Paris klubunda hesab edirlər ki, gənc futbolçu hücum xəttinin güclənməsinə kömək edə bilər. Ancaq Joaonun transfer qiyməti onların arzularını reallaşdırmasına mane olur. Çünki “Atletiko” hücumçunu 100 milyon avrodan aşağı qiymətə satmaq istəmir.

 

 

Danışıqların davam etdiyi, PSJ rəsmilərinin qarşı tərəfdən endirim gözlədiyi qeyd olunur.