Prezident bəyan etdi: Daha dözməyəcəyik
“Real”ın prezidenti Florentino Peres “Valensiya” ilə oyunda Vinisius Juniora qarşı baş verən irqçi insidenti şərh edib.
“Bildirmək istəyirəm ki, “Real” bundan sonra oyunçularımıza qarşı irqçi hərəkətə dözməyəcək. Bunun üçün hakimliyin strukturunu dəyişmək lazımdır. İndiki halda cinayətin qurbanı cəzaya məruz qalır.
Yaşadığımız cəmiyyət oyunçumuza qarşı törədilən hadisələrə layiq deyil. İdman dəyərlərin görüş yeridir”, – deyə “Marca” Peresdən sitat gətirib.
Aut.az
