Ulduz futbolçudan “Real”a bəd xəbər: 2 aylıq sıradan çıxdı
“Real” klubunun sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun sol ayağının dördbaşlı əzələsinin ön hissəsində zədənin aşkarlandığı məlum olub.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı ingilis futbolçu La Liqada “Atletik”ə qarşı keçirilən oyunda (3:0) zədələnib və 55-ci dəqiqədə əvəzlənib.
İspaniya mətbuatının məlumatına görə, bu tip zədələrdən sonra idmançıların bərpası təxminən iki ay vaxt aparır.
Aleksander-Arnold daha əvvəl də mövsümün bir hissəsini dizaltı vətər zədəsinə görə buraxmışdı. O, meydana qayıtdıqdan sonra dörd oyun keçirməyə imkan tapmışdı.
