İspaniya

Bununla barışmalıyıq: Alonso nəyə eyham vurur?

“Real Madrid”in baş məşqçisi Xabi Alonso komandasının cari mövsümdəki son nəticələri barədə danışıb.

Aut.az xəbər verir ki, Alonsonun sözlərini klubun saytı sitat gətirib:

“Biz narazıyıq, çünki hər zaman qalib gəlmək istədiyimizi yaxşı bilirik. İlin sonuna hələ çox oyun var və biz indiyə qədər etdiklərimizi təhlil edərək növbəti matç haqqında düşünməyə başlamalıyıq. Komanda heç vaxt təslim olmayıb. Mübarizəmizi davam etdiririk. Bilirik ki, hər oyunun konteksti fərqlidir. Əlbəttə, nəticə daha yaxşı ola bilərdi. Bunu başa düşürük, amma özümüzlə mübarizə aparmaq ruhumuz aydındır. Bu, “Real”dır və hər bir uğursuz nəticə tənqid dalğasına səbəb olur. Bununla barışmalyıq”.

“Real Madrid” İspaniya çempionatında ardıcıl iki matçda qalib gələ bilməyib. Komanda “Rayo Valyekano” (0:0) və “Elçe” (2:2) ilə heç-heçə edib.

Aut.az