Razılaşdılar: Ançelotti ilə bağlı qərar bu tarixdə açıqlanacaq
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandadan ayrılacaq.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər müqavilənin ləğv edilməsi ilə bağlı şifahi razılıq əldə ediblər. 65 yaşlı italyan mütəxəssisin gedişi barədə rəsmi açıqlamanın hətta may 11-də “Barselona” ilə keçiriləcək oyundan sonra veriləcəyi də gözlənilir.
Bundan əvvəl Karlo Ançelotti, 25 mayadək klubdakı gələcəyi ilə bağlı heç bir müzakirə aparmayacağını bildirmişdi.
La Liqada 34 turdan sonra “Real” turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan 4 xal geridədir. Komanda həmçinin UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a uduzub və İspaniya Kubokunun finalında “Barsa”ya məğlub olub.
Aut.az
