İtaliya

Ulduz futbolçuya qarşı ittiham: Pornoaktrisanı döyüb?

Pornoaktrisa Şarlotta Laviş “İnter”in hücumçusu Markus Tyuramı məişət zorakılığında ittiham edib.

Aut.az xəbər verir ki, o, sosial şəbəkələrdə paylaşdığı videoda döyülmə izlərini göstərib. Sözlərinə görə, həmin xəsarətləri futbolçu hələ Münhenqladbax “Borussiya”sında çıxış etdiyi dövrdə yetirib. Laviş bildirib ki, Tyuram onu otaqda kilidləyib və videonu silməyə çalışaraq ona hücum edib.

İzləyicilərdən biri niyə bu hadisəni üç ildən sonra ictimailəşdirdiyini soruşduqda Şarlotta qeyd edib ki, bu addımı maliyyə qazancı üçün atmır və düşünür ki, futbolçu heç bir cəza almayacaq.

Qeyd edək ki, Tyuram 2019-2023-cü illərdə “Borussiya”da çıxış edib, daha sonra “İnter”ə keçib.

Bu gün Milan klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda öz meydanında “Barselona”nı qəbul edəcək. İlk oyunda 3:3 hesabı qeydə alınıb.

Aut.az