“Mourinyonun burada istirahət etməsi geri qayıdacağı demək deyil”
“Roma”nın sabiq kapitanı Françesko Totti portuqaliyalı mütəxəssis Joze Mourinyunun yenidən İtaliya klubunun baş məşqçisi ola biləcəyi barədə yayılan şaiyələrə münasibət bildirib.
Aut.az xəbər verir ki, Totti “La Gazzetta dello Sport” nəşrinə verdiyi açıqlamada qeyd edib ki, son üç ay ərzində Qasparini, Sarri və Alleqrinin adları tez-tez hallanıb və klubun qərarını gözləyirlər. Qərar qəbul olunduqdan sonra onun doğru olub-olmaması qiymətləndiriləcək.
Sabıq futbolçu əlavə edib ki, Mourinyu onun üçün dünyanın ən yaxşı məşqçilərindən biridir, amma onun Roma şəhərində istirahətdə olması onun klubda işləyəcəyi anlamına gəlmir.
“Roma”nın hazırkı baş məşqçisi Klaudio Ranieri mövsümün sonunda komandadan ayrılacaq. 73 yaşlı mütəxəssis yayda bitəcək müqaviləsini uzatmaqdan imtina edib.
Mətbuatda bildirilirdi ki, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyu Romada aeroportda görünüb. Mourinyu komandaya 2021-ci ilin iyulundan 2024-cü ilin yanvarına qədər rəhbərlik edib.
Aut.az
