“Milan”ın gənc futbolçusuna uğur gətirən mələk – FOTOLAR
Sandro Tonalinin 2020-ci ilin yayında “Breşiya”dan “Milan”a keçməsi ikincilər üçün uğurlu oldu. Onun transferi komanda üçün bütün istiqamətlərdə fayda verdi.
İtalyan yarımmüdafiəçinin “qırmızı-qaralar”a gəlişindən sonra komanda 11 ildən sonra ilk çempionluğunu qeyd etdi. Bu həftə isə daha uğurlu hadisə baş verdi. Tonalinin əsas heyət üzvü olduğu “Milan” 2007-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəldi.

Üç mövsüm ərzində Sandro “Milan”ın heyətində artıq 120-dən çox oyun keçirib. 22 yaşlı futbolçu üçün heç də pis statistika hesab edilmir.
Futbolçunun karyerası kimi şəxsi həyatı da uğurludur. O, bir müddətdir Ciulia Pastore ilə sevgilidir.

Culia 2000-ci ilin mayın 24-də anadan olub. O, Tonalidən cəmi 16 gün kiçikdir. Onun argentinallı futbolçu Xavier Pastore ailəsi ilə heç bir əlaqəsi yoxdur.

Culia model kimi işləyir. Eyni zamanda kiçik biznes sahibidir. Onun “Juliette24” adlı şəxsi geyim markası var.

İtaliya mətbuatı yazır ki, Tonalinin uğurlarında sevgilisinin dəstəyi böyükdür. O, futbolçunun ən çılğın fanatı hesab edilir.




