“Napoli”dən yalnız bu kluba görə ayrılacaq
Gürcüstan milli komandasının və “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya maraqlı açıqlama ilə gündəmə gəlib.
Aut.az xəbər verir ki, 22 yaşlı vinger bütün dünyada maraqla qarşılanılan “Ronaldo, yoxsa Messi” sualını cavablandırıb. Onun cavabı konkret olsa da, müəyyən qədər ədalətli olmağa çalışıb.
“Ronaldo. İdealım olduğu için daha çox sevirəm. Uşaqlıqdan onun oyunlarını izləmişəm. Qutinin oyununu da çox bəyənirdim. Quti və Ronaldo sevdiyim futbolçulardır. Messiyə gəlincə, o, zirvədədir”.
Kvaratxsxeliya eyni zamanda, çıxış etmək istədiyi klubun adını da açıqlayıb:
“Napoli”dən ayrılsam, bu, sadəcə “Real” üçün olacaq. Menecerimə bu haqda məlumat vermişəm”.
