Alleqridən həmin şayiəyə reaksiya: Gələcək üçün plan qurulur
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ilin ortalarına qədərdir, lakin bu yaxınlarda mətbuatda onun müqaviləsinin cari mövsümün sonunda ləğv ediləcəyi ilə bağlı şayiələr yayılıb.
Məşqçinin özü bu məlumatı təkzib edib. Jurnalist Fabritsio Romano Alleqrinin cavabını yayıb:
“Milan”da tam harmoniya var. Biz eyni dalğadayıq, birlikdə çalışırıq. Klub artıq gələcək üçün planlar qurur. Burada işləməkdən məmnunam”.
Bu gün “Milan” səfərdə “Kremoneze” ilə A Seriyası matçında oynayacaq. Oyun Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Aut.az
