İtaliya

A seriyasının oyununda futbolçunun şortikini belə çıxartdılar – FOTO

“Fiorentina”nın sağ cinah müdafiəçisi Dodo İtaliya A Seriyasında “Cenoa” ilə səfər matçında gülməli vəziyyətə düşüb.

Aut.az xəbər verir ki, oyun epizodlarının birində “Cenoa”nın yarımmüdafiəçisi Morten Torbi Dodonu saxlamaq istəyərkən, braziliyalının şortikindən tutaraq onu çıxarıb. Nəticədə futbolçunun alt paltarı görünüb.

Dodo bir müddət top uğrunda yarıçılpaq mübarizə aparmaq məcburiyyətində qalıb, bundan sonra formasını qaydasına salıb.

Qeyd edək ki, görüşdə “Fiorentina” 1:0 hesabı ilə qalib gəlib.

A seriyasının oyununda futbolçunun şortikini belə çıxartdılar – FOTO
GENOA, ITALY – OCTOBER 31: Morten Thorsby of Genoa (right) pulls Domilson Dodo of Fiorentina’s shorts during the Serie A match between Genoa and Fiorentina at Stadio Luigi Ferraris on October 31, 2024 in Genoa, Italy. (Photo by Simone Arveda/Getty Images)

Aut.az