İngiltərə

“Çelsi”nin bu futbolçusu “Yunayted”ə qarşı oynaya bilməz: Razılaşma var

“Çelsi”nin 24 yaşlı forvardı Ceydon Sanço “Mançester Yunayted”lə matçda meydana çıxa bilməyəcək.

Aut.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Entso Mareska da təsdiqləyib.

“İtkimiz var, amma zədəyə görə yox. Ceydon Sanço növbəti matçı mütləq buraxacaq. O, “Mançester Yunayted”dən icarədədir və müqaviləyə əsasən, klubuna qarşı oynaya bilməz.

Ceydon son bir neçə gündür xəstədir, ona görə də istirahət ona yaxşı təsir edəcək. Bütün digər oyunçular hazırdır”, – futbol insayderi Fabritsio Romano Mareskanın sözlərini sitat gətirib.

Aut.az