Görün “Real”ın qapıçısı həyat yoldaşına nə hədiyyə etdi – FOTO
“Real Madrid”in ukraynalı qapıçısı Andrey Lunin həyat yoldaşı Anastasiya Lunina bahalı avtomobil bağışlayıb.
Aut.az xəbər verir ki, bu barədə Anastasiya “İnstaqram”da paylaşım edib. O, qara “Range Rover” markalı avtomobilin qarşısında gül buketi ilə çəkilmiş fotoları yayımlayıb.
“Mənim yeni yaraşıqlım. Belə bir hədiyyə üçün ərimə təşəkkür edirəm❤️🎁🫣🚘”, – Anastasiya yazıb.
2024/25 mövsümündə Andrey Lunin klub səviyyəsində 3 oyun keçirib, 5 qol buraxıb. Bir matçda 25 yaşlı futbolçu qapısını toxunulmaz saxlaya bilib. Transfermarkt portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.


Aut.az
