Yuriç qovuldu
“Roma”nın baş məşqçisi İvan Yuriç istefaya göndərilib.
Aut.az xəbər verir ki, 49 yaşlı xorvatiyalı mütəxəssis İtaliya çempionatının 12-ci turunda “Bolonya”ya evdə məğlubiyyətdən (2:3) dərhal sonra qovulub. 13 xalı olan komanda turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Yuriç sentyabrın 18-dən “Roma”ya rəhbərlik edirdi. Onun rəhbərlik etdiyi komanda bütün turnirlərdə 13 oyunda 6 məğlubiyyətlə üzləşib.
Aut.az
