Qaydasız döyüş

UFC çempionundan gözlənilməz etiraf: Sanki oğurluq etmişdim

UFC çempionu Con Cons titul maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Siril Qan ilə titul uğrunda döyüşünü xatırlayaraq rəqibi üzərində qazandığı erkən qələbədən məyus olduğunu etiraf edib:

“Bu, indi xatırlamaqdan həzz aldığım inanılmaz bir təcrübə idi. Amma onu da xatırlayıram ki, yaşadığım ilk hisslərdən biri məyusluq idi. Qəfəsdə oturub qələbəni qeyd etdim, amma bir yandan da düşünürdüm ki,  Lənət olsun, bu çox tez oldu.

Mən 3 il o an üçün hazırlaşdım, dua etdim və çoxlu meditasiya etdim. Və hamısı iki dəqiqə dörd saniyəyə görə. Sanki oğurluq etmişdim”.

Con 2023-cü ilin martında UFC 285-də 124 saniyəyə çempionluq kəmərini qazanıb. Həmin döyüşdən əvvəl Cons 2020-ci ildən görüş keçirməmişdi.

O, gələn həftə Nyu Yorkda UFC 309-da Stip Myoçiçə qarşı kəmərini qorumağa çalışacaq.

Aut.az