Qadın idmançının sifəti döyüşdən sonra tanınmaz hala düşdü – 18+ FOTO/VİDEO
Las-Veqasda keçirilən UFC-306 turnirində Norma Dumont (12-2 MMA, 8-2 UFC) İrene Aldananı (15-8 MMA, 8-6 UFC) məğlub edib.
Aut.az xəbər verir ki, ikinci raundda təsadüfən baş verən toqquşma Aldananın alnında yaranın yaranması ilə nəticələnib. Bu yara zaman keçdikcə dəhşətli görünüş alıb.
Döyüşdən iki gün sonra Aldana sosial şəbəkələrdə üzünü və tikişlərini göstərdiyi video yayımlayıb. Həkimlər hesab edirlər ki, gələcəkdə idmançının üzünü əvvəlki görünüşünə qaytarmaq üçün plastik cərrahların köməyinə ehtiyac olacaq.
İrenenin davadan sonrakı üzünü əks etdirən videoya və fotolara şərhlərdə çoxları kəsimin indiyə qədər gördükləri ən pisi adlandırıb.
Aut.az
View this post on Instagram





