Ronaldonun ortağı olan UFC çempionu Messini seçdi
Hazırkı UFC çempionu, məğlubedilməz ispan-gürcü döyüşçü İlya Topuriya Kriştiano Ronaldo ilə Lionel Messi arasında seçim edib.
Aut.az xəbər verir ki, Topuriya bloqçu Adin Rozanın “YouTube” kanalında deyib:
“Mən Messini sevirəm, baxmayaraq ki, Kriştiano və mən bu yaxınlarda biznes tərəfdaşı olduq ( Topuriya və Ronaldo WOW FC promosyonunun həmtəsisçiləridir).
İspan-gürcü döyüşçüsü peşəkar qarışıq döyüş sənətlərində debütünü 2015-ci ilin aprelində edib. O, Şimali Amerika Matador Liqasında 2020-ci ilin oktyabrında yarışmağa başlayıb. İlyanın 17 qələbəsi var.
Aut.az
