Dünya futbolu

Messi hakimi təhqir etdi: Səndən…

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsinin Paraqvayla görüşündə rəqib futbolçunu kobud oyundan sonra meydandan qovmadığına görə baş hakimi kobud şəkildə təhqir edib.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.  Mənbə Messinin sözlərini sitat gətirir: “Sən özünü pis göstərirsən. Səndən zəhləm gedir”.

Xatırladaq ki, Argentina Paraqvaya məğlub olub  – 1:2. Növbəti oyunda Argentina Peru ilə, Paraqvay isə Boliviya ilə qarşılaşacaq.

Aut.az