Söz verib: Qışda bu klubdan futbolçu gətirməyəcək, amma yayda…
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə komandasının gələcək transferləri haqda danışıb.
Aut.az xəbər verir ki, Amorim sabiq klubu “Sportinq”dən futbolçu gətirəcəyini istisna etməyib.
“Jurnalistlərə söz vermişdim ki, qışda “Sportinq”dən bir futbolçu ilə də müqavilə imzalamayacağam. Amma yay haqqında heç nə demədim. Bu haqda danışa bilmərəm, görərik.
Yaya qədər dayanmalıyıq. “Sportinq”in oyunçuları yüksək səviyyəli futbolçulardır, amma indi bütün diqqətimi komandama yönəltmişəm. Mən ingilis futbolunun xarakterini bilirəm və burada hər şeyin necə tez dəyişə biləcəyini anlayıram. Mən Mikel Artetanın keçdiyi səyahəti görmüşəm. Əvvəlcə hər şey pis idi, amma indi vəziyyət dəyişdi”, – deyə Amorim bildirib.
Aut.az
