Məhkəmə “Çelsi”nin futbolçusu ilə bağlı qərar verdi
“Çelsi”nin hücumçusu David Fofana vəsiqəsi və sığortası olmadan avtomobil idarə etdiyi üçün 12 min 130 funt sterlinq cərimə olunub.
Aut.az xəbər verir ki, hazırda Türkiyədə icarə əsasında çıxış edən 22 yaşlı futbolçu fevral ayında Surrey ştatının Çessinqton şəhərində polis tərəfindən saxlanılıb. O, 100 min funt-sterlinq dəyərində “Cadillac Escalade” yolsuzluq avtomobili idarə edib.
Prokuror futbolçunun sığorta və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyini bildirib. London məhkəməsi Fofanaya 10.000 funt sterlinq cərimə, 2.000 funt sterlinq əlavə ödəniş, 130 funt sterlinq məhkəmə xərcləri və 8 cərimə balı ilə cəzalandırıb. Futbolçu günahını etiraf etsə də, iclasda iştirak etməyib.
Qeyd edək ki, Fofana 2023-cü ildə “Molde”dən “Çelsi”yə keçib, “Union Berlin” və “Bernli”də icarə əsasında çıxış edib və hazırda “Fatih Karagümrük”də çıxış edir.
Aut.az
