Haalandın agentləri onun yeni klubunu müəyyənləşdirdi
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandın menecerləri müştəriləri üçün yeni klubla bağlı qərar verib.
Aut.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, norveçlinin nümayəndələri onun karyerasını “Real Madrid”də davam etdirməli olduğunu düşünürlər.
Əvvəllər bildirilmişdi ki, Haalandın özü də fərdi mükafatların sahibi olmaq üçün “Real Madrid”ə keçməyə ehtiyac görür. Norveçlini bu qərara vadar edən əsas hadisə argentinalı hücumçu Lionel Messinin 2023-cü ilin ən yaxşı oyunçusu seçildiyi “The Best FIFA Football Awards 2023”-ün mükafatlandırma mərasimi olub.
Erlinq Haaland bu mövsüm bütün turnirlərdə klub üçün 23 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
