Dünya futbolu

Ozan Can oynadı?

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland I Liqasında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki,  sözügedən komanda səfərdə “Emmen”lə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

Ozan Can bu görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib.

“Eyndhoven” 24 turdan sonra 31 xalla 13-cü sıradadır. “Emmen” isə 33 xalla 11-cidir.