Mourinyonun “Benfika”dakı maaşı açıqlandı
“Benfika” baş məşqçi Joze Mourinyonun nə qədər maaş alacağını açıqlayıb.
Sentyabrın 18-də daha əvvəl “Fənərbağça”dan qovulan portuqaliyalı Lissabon klubu ilə iki illik müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, bu barədə klub prezidenti Rui Koşta məlumat verib.
“O, mənə nə qədər maaş aldığını söyləmək səlahiyyəti verməyib. “Portu” və ya “Sportinq”in məşqçiləri nə qədər qazanır? Bu haqda soruşubsunuz?
Onun kimi məşqçi yüksək maaşa layiqdir! O, işsiz idi, amma hələ də dünyanın ən böyük və mükafatlandırılan məşqçilərindən biridir. Məşqçimizin nə qədər maaş aldığını televiziyada açıqlamağı düzgün hesab etmirəm. Bu, bahalı müqavilədir, lakin məsələn, Şmidtin (“Benfika”nın əvvəlki məşqçilərindən biri) daha yüksək deyil .
İkinci mövsümündə xalis 3 milyon və 4 milyon avro? Belə bir şey. Mourinyo Portuqaliyadan ayrıldıqdan sonra o qədər də az pul qazanmayıb. Onun “Benfika”nı idarə etmək istəyi məni onun bizim üçün mükəmməl insan olduğuna inandırdı.
Joze klubdakı vəziyyəti aydın şəkildə başa düşdü, ona görə də sərbəst buraxılma maddəsi ilə razılaşdı: müqaviləsi erkən ləğv edilsə, illik maaşının yarısından azını alacaq. “Benfika”nın maliyyə vəziyyətini nəzərə alaraq, bu, fantastik qərardır. Mourinyo mövcud vəziyyətə hörmətlə yanaşır”, – Kosta deyib.
Aut.az
