Rəsmi: Koutinyo doğma klubuna qayıtdı
Braziliya “Vasko da Qama”sı “Aston Villa”nın ulduz yarımmüdafiəçisi Filip Koutinyonu transfer etdiyini rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, söhbət 32 yaşlı yarımmüdafiəçi bir illik icarəsindən gedir.
Daha əvvəl mətbuatda Koutinyonun “Aston Villa” ilə müqaviləsini ləğv edəcəyi və azad agent kimi klubdan ayrılacağı ilə bağlı məlumatlar yayılmışdı.
Beləliklə, Koutinyo doğma klubuna qayıdıb. O, “Vasko da Qama”nın yetirməsidir və 2008-2010-cu illərdə əsas komandada çıxış edib, bundan sonra 18 yaşında “İnter”ə keçib.
Koutinyo 2023/2024 mövsümünü icarə əsasında “Əl-Duhail”də keçirib.
Aut.az
