Nazir Benzemanı hədəf aldı: “Müsəlman qardaşlar”la əlaqəsi var
Fransanın daxili işlər naziri Cerald Darmanin “Əl-İttihad”ın hücumçusu Kərim Benzemanı radikal İslamı dəstəkləməkdə ittiham edib.
“Cənab Benzemanın, hamımızın bildiyi kimi, “Müsəlman qardaşlar”la bədnam bir əlaqəsi var. Biz bu təşkilata qarşıyıq, çünki Jil Kepel (fransız politoloq, İslam və müasir ərəb dünyası üzrə mütəxəssis – red.) dediyi kimi, onlar cihad ab-havası yaradırlar.
Mən bu fikirdəyəm ki, cihad atmosferi, radikal İslama aparan bir anlayış var və bu radikal İslamın tərəfdarları var. Düşünürəm ki, Benzema görkəmli futbolçudur, şəxsən mənim onunla bağlı heç bir sualım yoxdur. Amma cənab Benzema müəllimlərin qətli ilə bağlı bir kəlmə də danışmayanda, Fransada islamçılar tərəfindən terror aktları baş verəndə susur. Çox təəssüf edirəm, çünki o, sadəcə futbolçu deyil, milyonlarla insanın izlədiyi bir insandır”, – RMC Sport Darmanenin sözlərini sitat gətirib.
Aut.az
