Çeferin vəzifədə qalmaq üçün bu yola əl atacaq
UEFA-nın bəzi əməkdaşları qurumun hazırkı rəhbəri Aleksandr Çeferinlə birlikdə birliyin nizamnaməsinə dəyişiklik etmək istəyirlər.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilir ki, 2024-cü il fevralın 8-də Parisdə keçiriləcək 48-ci Konqresdə qruma üzv olan 55 ölkənin hamısının səsverməsinə çıxarılacaq bu düzəlişlər Çeferinin UEFA prezidenti postunu 2031-ci ilə qədər qalmasını nəzərdə tutur.
56 yaşlı sloveniyalı hüquqşünas 2016-cı ilin sentyabrında ittifaqın prezidenti olub. Aprelin 5-də Čeferin müzakirəsiz əsaslarla yenidən seçilib. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq.
