Ronalda bir şərtlə “Əl-Nəsr”də qalmağa hazırdır
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo klubu ilə müqaviləsini uzatmaq variantını nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 39 yaşlı futbolçu rəhbərlikdən komandanı xeyli gücləndirməyi istəyib. O, bu halda Pro Liqa klubunda qalmağa hazır olduğunu bildirib.
2024/25 mövsümündə Ronaldo klub səviyyəsində 20 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
