Dünya futboluQaydasız döyüş

İslam niyə Messini yox, Ronaldonu bəyənir?

Yüngül çəkidə UFC çempionu İslam Maxaçev Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Aut.az xəbər verir ki, İslam nəyə görə üstünlüyü Ronaldoya verdiyini belə izah edib:

“Hər ikisi çox yaxşı, ən yüksək səviyyədə oynayır. Amma bir insan kimi Ronaldonu daha çox bəyənirəm. Messi “Barselona”da oynayanda onu sevirdim. Həbib “Real Madrid”i, mən isə “Barselona”nı dəstəkləyirəm. Amma hər şey dəyişib. Messi indi Mayamidə, Kriştiano isə Səudiyyə Ərəbistanında yaşayır…”, – deyə Maxaçev bloqqer Edin Rossa müsahibəsində bildirib.

2023-cü ildən Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda, Messi isə MLS-də “İnter Mayami”də oynamayır.

Aut.az