İtaliya

İbrahimoviç “Latsio”ya keçir

“Bavariya”nın 19 yaşlı yarımmüdafiəçisi Arijon İbrahimoviç karyerasını “Latsio”da davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkələrdə yazıb.

Mənbənin sözlərinə görə, danışıqlar son mərhələdədir. Tərəflər 8 milyon avroya satın alma opsiyasını müzakirə edirlər. Həmçinin, alman klubunun 2026-cı ildən etibarən 25 milyon avroya geri satın alma opsiyonu olacaq.

Gənc futbolçu Almaniya Bundesliqasının cari mövsümündə cəmi bir matçda meydana çıxıb. Onun Almaniya kubokunda bir oyunu və Çempionlar Liqasında bir oyunu var.

Aut.az