İtaliyaDünya futbolu

Hətta 45 yaşlı Buffonu da aparırlar

Səudiyyə Ərəbistanı klublarından birinin italiyalı qapıçısı Canluici Buffona təklifin təfərrüatları məlum olub.

Aut.az xəbər verir ki, , jurnalist Nikolo Şira öz “Tvitter” hesabında bildirib.

Buffona 2025-ci ilə qədər illik 15 milyon avro maaşla müqavilə təklif olunub.

Buffon ötən mövsüm bütün yarışlarda 19 oyuna çıxıb, 24 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlayıb. 45 yaşlı Canluici hazırda “Parma”nın futbolçusudur.

Ötən mövsüm onun komandası A Seriyasına yüksəlmək üçün pley-offda iştirak etsə də, buna nail ola bilməyib.

Aut.az