Çempionluq paradına traktorla çıxdılar – VİDEO
İtaliyada beşinci divizion sayılan Liquriya “Eçellenza” həvəskar liqasında mövsüm başa çatmaq üzrədir.
Aut.az xəbər verir ki, “Millesimo Kalçio” klubu 29 turda topladığı 62 xalla vaxtından əvvəl region çempionu olub. Komanda Seriya D-yə yüksəlişi təntənəli şəkildə qeyd edib. Klub bazasında futbolçular üçün klub rənglərində hazırlanmış tortlar təşkil olunub.
Daha sonra bütün komanda parad üçün yola düşüb. Lakin futbolçular avtobusla deyil, traktorla hərəkət edərək qeyri-adi və yadda qalan bayram keçiriblər.
Aut.az
