İtaliyaİngiltərə

“Milan” “Siti”dən jest gözləyir: Onu pulsuz buraxacaqlar?

“Milan” “Mançester Siti”nin kapitanı Kayl Uolkeri transfer etmək üçün əsas namizəd hesab olunur.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, 34 yaşlı müdafiəçi “rossoneri”nin təklifini dəyərləndirmək istəyir. O, ötən yaydan onu izləməyə davam edən Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsindədir.

İtaliya komandası ümid edir ki, “şəhərlilər” futbolçunun müqaviləsinin 2026-cı ilin yayına qədər olmasına baxmayaraq, onu pulsuz – azad agent kimi buraxmağa razı olacaqlar.

Xatırladaq ki, “Siti”nin baş məşqçisi Pep Qvardiola Uolkerin klubdan ayrılmaq istədiyini açıqlayıb.

Aut.az