İngiltərə

“Çelsi”yə bəd xəbər – Kapitan uzun müddət olmayacaq

“Çelsi”nin kapitanı Ris Ceyms ciddi zədə səbəbindən uzun müddət oynaya bilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “The Atheltic” məlumat yayıb.

Mənbənin məlumatına görə, sağ cinah müdafiəçisi daha bir bud əzələsindən zədə alıb. Bu zədə səbəbindən o, Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab oyunu da daxil olmaqla, bir neçə həftə meydana çıxa bilməyəcək.

26 yaşlı oyunçunun dəqiq sağalma müddəti hələlik məlum deyil.

Mart ayında Ceyms “Çelsi” ilə yeni müqavilə imzalayıb. Bu mövsüm o, bütün turnirlərdə 35 oyunda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə edib.

Aut.az