İngiltərə

“Mançester Yunayted”in futbolçusu bu qiymətə superkar aldı – FOTO

“Mançester Yunayted”in müdafiəçisi Nossair Mazraui bahalı superkar alıb.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mərakeşli qiyməti 200 min funt sterlinq olan dəbdəbəli “Bentley Bentayga S Black Edition”un sahibi olub. Lüks yolsuzluq avtomobili 542 at gücü hasil edən 4,0 litrlik iki turbomühərrikli və V8 mühərriki ilə kifayət qədər gücə malikdir.

Bu avtomobil 100 km /saat sürəti 4,5 saniyəyə yığa bilir.

Aut.az

"Mançester Yunayted"in futbolçusu bu qiymətə superkar aldı - FOTO