“Bavariya” ona iki dəfə artıq pul təklif edib, amma…
“Cenoa”nın mərkəz müdafiəçisi Radu Drequşin “Tottenhem”ə keçmək üçün daha az maliyyə şərtləri ilə razılaşdı.
Aut.az xəbər verir ki, bu barədə rumıniyalı jurnalist Emanuel Rosu “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Mənbənin məlumatına görə, “Bavariya” Drequşinə 75% daha çox maaş təklif edib, lakin gənc futbolçu karyerasını London klubunda davam etdirmək qərarına gəlib.
Qeyd olunur ki, hazırda futbolçu “Tottenhem”in bazasındadır və orada tibbi müayinələrdən keçir.
Bu mövsüm Drequşin “Genoa”nın heyətində bütün turnirlərdə 22 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.
Aut.az
