İngiltərə

Sənə ehtiyacımız var: Amorim bu barədə ona şəxsən deyib.

Ruben Amorim Bruno Fernandesin “Mançester Yunayted”də qalacağını təsdiqləyib.

Aut.az xəbər verir ki, daha əvvəl 30 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə “Real Madrid”in maraqlandığı barədə xəbərlər yayılmışdı. 90 milyon funt-sterlinq mümkün transfer məbləğindən bəhs edilirdi.

Fernandesin ingilis klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir və onu daha bir mövsüm uzatmaq imkanı var.

“Xeyr, o getməyəcək. Biz Premyer Liqanı qazanmaq istəyirik , ən yaxşı oyunçularımız bizimlə olmalıdır. Ona ehtiyacımız var, ona görə də heç yerə getməyəcək.

Biz vəziyyətə nəzarət edirik və mən hiss edirəm ki, Bruno burada həqiqətən xoşbəxtdir. Nəyə nail olmaq istədiyimizi anlayır.

Bəzi məqamlarda o, kapitan üçün o qədər də düzgün hesab edilməyən məyusluq yaşayırsa, bunun səbəbi uğur qazanmaq istəyi ilə bağlıdır.

Yenə deyirəm – ona ehtiyacımız var və heç yerə getmir. Mən artıq bu barədə ona demişəm”, – “Mançester Yunayted”in baş məşqçisi deyib.

Aut.az