“Liverpul” ona qayıtmağı təklif etdi – Bu cavabı aldı
“Liverpul” rəhbərliyi klubun keçmiş idman direktoru Maykl Edvardsla əlaqə saxlayıb, qayıtmaq təklifi ilə çıxış edib, lakin ingilis mütəxəssis bundan imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin məlumatına görə, “Liverpul”un bossları Edvardsın klubu yenidən strukturlaşdırmasını istəyiblər. Onun hazırda belə işlərlə maraqlanmadığı üçün İngiltərə klubunun bu təklifini rədd etdiyi vurğulanır.
Xatırladaq ki, Edvards 2011-ci ildən “Liverpul”un strukturunda çalışaraq komandanın baş analitiki kimi fəaliyyətə başlayıb. 2016-2022-ci illərdə 44 yaşlı mütəxəssis mersisaydlıların idman direktoru vəzifəsində çalışıb. Onun fəaliyyəti dövründə “Liverpul” İngiltərə Çempionatının (2019/2020 mövsümü) və Çempionlar Liqasının (2018/2019 mövsümü) qalibi olub.
Aut.az
