Dünya futboluİngiltərə

“İnter Mayami” ÇL-in beşqat qalibi üçün hərəkətə keçdi

“İnter Mayami” Mançester Yunaytedin yarımmüdafiəçisi Kazemironun transferi istiqamətində ilk addımı atıb.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

MLS təmsilçisi futbolçu ilə bağlı ilkin təmaslara başlayıb.

34 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “qırımızı şeytanlar”ı azad agent kimi tərk edəcəyini artıq açıqlayıb. Onun gələcək karyerası ilə bağlı seçimlərinin çox olacağı bildirilir. İtaliya, Səudiyyə Ərəbistanı və ABŞ klubları ilə bağlı şayiələr yayılıb.

“İnter Mayami” ilə yanaşı, “Los-Anceles Qelaksi” də Çempionlar Liqasının beşqat qalibi ilə maraqlanan klublar arasındadır. Lakin görünən odur ki, Mayami təmsilçisi mövsümünün başa çatmasına iki ay qalmış rəqiblərini qabaqlamaq üçün daha erkən hərəkətə keçmək niyyətindədir.

Aut.az